Naxçıvanda yağıntılı və dumanlı hava şəraiti gözlənilir
Naxçıvan Muxtar Respublikası ərazisində fevralın 18-i axşam saatlarından başlayaraq hava şəraitinin dəyişəcəyi proqnozlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, axşam saatlarından etibarən əsasən dağlıq ərazilərdə, fevralın 19-da isə bəzi yerlərdə arabir yağıntılı və dumanlı hava şəraiti müşahidə oluna bilər.
Qərb küləyinin 5–10 m/s sürətlə əsəcəyi, ayrı-ayrı ərazilərdə isə arabir 15 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında 12–17 dərəcə isti, gecə saatlarında isə 1–6 dərəcə isti təşkil edəcək.
Qeyd edək ki, verilən proqnozun özünü doğrultma ehtimalı təxminən 50 faiz təşkil edir.








