Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub
Ağdan şəhərinə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu mərhələdə Ağdam şəhərinə köçən 419 nəfərdən ibarət 120 ailəyə mənzillərin açarları təqdim edilib.








