Günay Rzayeva: 2025-ci ildə ümumilikdə 9634 nəfər Ombudsmanın aktiv dəstəyini hiss edib

Günay Rzayeva: 2025-ci ildə ümumilikdə 9634 nəfər Ombudsmanın aktiv dəstəyini hiss edib

18 Fevral 2026

Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva illik məruzə ilə çıxış edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Günay Rzayeva çıxışında bildirib ki, Ombudsman institutu muxtar respublikada məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi dövlət–vətəndaş münasibətlərinin formalaşdırılmasında xüsusi rola malikdir. O qeyd edib ki, 2025-ci il ərzində Ombudsman tərəfindən keçirilən kollektiv və fərdi qəbullarda, açıq görüşlərdə, başçəkmə və monitorinqlərdə, aksiyalarda və digər tədbirlərdə iştirak edən 9634 nəfər Ombudsmanın aktiv dəstəyini hiss edib.