Ramazan ayının ilk günün duası - imsak və iftar vaxtı
Sabah Ramazan ayının ilk günüdür.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda fevral ayının 19-da imsak vaxtı saat 06:22- də,iftar vaxtı isə saat 18:53 - dədir.
Ramazan ayının 1-ci gününün duası:
“Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”.
İftar duası:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!
Qeyd:Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.
Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl
Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl
Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra
Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra
Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra
Martın 20‑si Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20‑si və 21‑i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq








