Naxçıvanda ağacəkmə və təmizlik aksiyaları keçirilib -

Naxçıvanda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

26 Fevral 2026

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan–Şərur magistral yolunun ətraf ərazilərində və “Gənclər bağı”nda ağacəkmə və təmizlik aksiyaları təşkil olunub. Aksiyada Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollektivi və könüllü gənclər iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumat əsasən, aksiya çərçivəsində ərazilər tullantılarından təmizlənib, ümumilikdə 170 ədəd tut və iydə tingi əkilib, abadlıq və səliqə-səhman işləri aparılıb.

Aksiyaların əsas məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini anmaq, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq və regionda yaşıllıqların genişləndirilməsinə töhfə vermək olub.