Gürcüstandan, Azərbaycan vətəndaşları da daxil olmaqla, 85 əcnəbi deportasiya edilib

Gürcüstandan, Azərbaycan vətəndaşları da daxil olmaqla, 85 əcnəbi deportasiya edilib

25 Fevral 2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə keçirdiyi əməliyyatlar nəticəsində 85 xarici vətəndaşı ölkədən deportasiya edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazirliyin yaydığı məlumata görə, tədbirlər digər müvafiq bölmələrlə koordinasiyalı şəkildə həyata keçirilib.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişi də qadağan olunub.

Rəsmi açıqlamada bildirilir ki, ölkədən çıxarılan şəxslər müxtəlif ölkələrin vətəndaşlarıdır. Onlar arasında Azərbaycan, Türkiyə, Rusiya, İran, Çin, Hindistan, Pakistan, Belarus, Ermənistan və digər dövlətlərin vətəndaşları var.

Daxili İşlər Nazirliyi qeyd edib ki, Miqrasiya Departamenti ölkədə qanunsuz qalma hallarının qarşısının alınması istiqamətində kompleks tədbirləri davam etdirəcək.