İlham Əliyev: İndi Azərbaycan elə güclüdür ki, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz

İlham Əliyev: İndi Azərbaycan elə güclüdür ki, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz

25 Fevral 2026

İndi Azərbaycan elə güclüdür, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev fevralın 25-də Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində olarkən sakinlə söhbətində deyib.

"İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik", - dövlət başçısı vurğulayıb.