Tramp illik müraciətində Ermənistan və Azərbaycan arasında münaqişənin həllindən danışıb

Tramp illik müraciətində Ermənistan və Azərbaycan arasında münaqişənin həllindən danışıb

25 Fevral 2026

"ABŞ-nin hərbi dominantlığı bərpa edilib, dünya amerikalılar üçün daha təhlükəsiz olub. Biz qürurla, həmçinin xaricdəki amerikalılar üçün təhlükəsizliyi bərpa edirik".

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Konqresdə "State of Union" adlı illik müraciəti zamanı deyib.

O, Ermənistan və Azərbaycan arasında münaqişənin həllindən də danışıb.

"İlk 10 ayımda da daxil olmaqla səkkiz müharibəyə son qoydum. Bunlar Kamboca və Tayland, Pakistan və Hindistan, Kosovo və Serbiya, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, Konqo və Ruanda arasında müharibələrdir",- deyə Tramp bildirib.

Tramp bildirib ki, onun Qəzza Sülh Planı qalan bütün girovların azad edilməsini təmin edib: "Regional təhlükəsizlik və rifah üçün Sülh Şurası yaradılıb və bu da Yaxın Şərqdə davamlı sabitliyin yolunu açıb".