Naxçıvanda gənclərlə görüş keçirilib - FOTO
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva Naxçıvanda fəaliyyət göstərən gənclər və idman idarələrinin nümayəndələri, gənclər təşkilatları və fəal gənclərlə görüşüb. Görüşdə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov da iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin akt zalında keçirilən görüşün əsas mövzusu gənclər siyasətinin əsas fəaliyyət istiqamətlərini müəyyən edəcək “2026–2035-ci illər üçün Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” layihəsinin müzakirəsi olub. Tədbir çərçivəsində nazir müavini gənclərin müasir dövrün çağırışlarına uyğun potensiallarını reallaşdırmaq üçün irəli sürdükləri təşəbbüsləri dinləyib, onların yeni layihələrlə bağlı rəy və təkliflərini ətraflı şəkildə müzakirə edib.
Səmimi dialoq formatında keçən görüşdə gənclərin fəal vətəndaşlıq tərbiyəsi, şəxsi inkişafı, məşğulluq imkanları və sosial aktivliyinin artırılması istiqamətində görüləcək işlər prioritet məsələ kimi vurğulanıb.












