Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalının Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldırana 2 ailə (5 nəfər), Aşağı Oratağa 9 ailə (56 nəfər), Heyvalıya 3 ailə (13 nəfər), Çapara 2 ailə (6 nəfər), Xocalının Daşbulaq kəndinə isə 1 ailədən ibarət 4 nəfər köçürülüb.








