Gəncədə yerləşən Cümə məscidinin təmiri üçün vəsait ayrılıb -

Gəncədə yerləşən Cümə məscidinin təmiri üçün vəsait ayrılıb - SƏRƏNCAM

02 Mart 2026

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün 1,6 milyon manat ayrılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla bu vəsait Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılıb.