Ramazanın 14-cü gününün duası - imsak və iftar vaxtı
Sabah Ramazan ayının on dördüncü günüdür.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda mart ayının 4-də imsak vaxtı saat 06:03-də, iftar vaxtı isə saat 19:08-dədir.
Ramazan ayının 14-cü gününün duası:
“İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!”
İftar duası:
“İlahi, Sənin üçün oruc tutdum və sənin ruzinlə iftar edib, yalnız sənə təvəkkül edirəm!”
Allah orucunuzu qəbul etsin!
Qeyd:Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.
Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl
Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl
Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra
Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra
Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra
Martın 20‑si Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20‑si və 21‑i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq








