Naxçıvanda kiberhücumlara qarşı mübarizə ilə bağlı tədbir keçirilib -

Naxçıvanda kiberhücumlara qarşı mübarizə ilə bağlı tədbir keçirilib - FOTO

04 Mart 2026

Naxçıvan şəhər İcra Hakimiyyətində “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbiləri” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan şəhər İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Naxçıvan şəhər İcra Hakimiyyətində “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbiləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Pərviz Babayev mövzu ilə bağlı çıxış edərək - Kiberhücumların, şəxslərə, bizneslərə və təşkilatlara böyük zərər verə biləcək ciddi təhdidlər olduğunu və bu hücumların həssas məlumatların oğurlanmasına, məlumatların məhv edilməsinə və ya sistemlərin pozulmasına səbəb olduğunu lakin, kiberhücumların növləri haqqında məlumatlı olmaq və qabaqlayıcı tədbirlər görmək bu təhdidlərin qarşısını almağa və kiber təhlükəsizliyi gücləndirməyə köməklik edə biləcəyini bildirmişlər. Həmçinin, tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən vətəndaşların şəxsi məlumatlarının qorunması və kiberdələduzluq risklərinin qarşısının alınması məqsədilə hazırlanmış sosial videoçarxlar nüşayiş etdirilib.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.