Son iki saatda daha 20 nəfərin İrandan Azərbaycana təxliyəsi baş tutub

Son iki saatda daha 20 nəfərin İrandan Azərbaycana təxliyəsi baş tutub

04 Mart 2026

İrandan martın 4-də saat 12:00-14:00 aralığında daha 20 nəfər Azərbaycana təxliyə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin 6-sı Azərbaycan, digərləri isə Çin, Pakistan, Rusiya və Kuba vətəndaşlarıdır.

Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan bu gün saat 14:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1202 nəfərə çatıb.