Azərbaycanda "Təhdidlər və Həllər Kataloqu" hazırlanıb

Azərbaycanda "Təhdidlər və Həllər Kataloqu" hazırlanıb

27 Fevral 2026

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Təhdidlər və Həllər Kataloqu" hazırlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Xidmətinin baş idarə rəisi Azər Əhədov qurumun təşkilatçılığı ilə keçirilən "İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, kataloq risklərin müəyyənləşdirilməsi, kateqoriyalar üzrə qruplaşdırılması, eləcə də müəyyən edilmiş informasiya təhlükəsizliyi risklərinin aradan qaldırılması yollarının mərkəzləşdirilmiş formada dövlət qurumlarına təqdim edilməsi üçün yaradılıb: "O, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mövcud, potensial təhdidlərin sistemli təsnifatını təyin etməklə, dövlət qurumları üçün risklərin düzgün identifikasiyası və proqnozlaşdırılması baxımından mühüm praktiki alət olmaqla yanaşı, onların aradan qaldırılması istiqamətində həllər və tövsiyələr verən effektiv vasitəyə çevriləcəkr. Göstərilənləri nəzərə alaraq, biz bu platformanın texnoloji inkişafına paralel daima yenilənməsini xüsusi diqqətdə saxlayacağıq".