Azərbaycanın stolüstü tennisçiləri Almaniya və Çexiyada beynəlxalq turnirlərdə iştirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri Almaniya və Çexiyada beynəlxalq turnirlərdə iştirak edəcəklər

08 Mart 2026

Azərbaycanın stolüstü tennisçiləri martın 9-dan 15-dək Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərlərində keçiriləcək "WTT Youth Contender" turnirlərində iştirak edəcəklər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, yarışlarda gənclərdən ibarət seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramin Cəfərovun rəhbərliyi ilə 6 idmançı qüvvəsini sınayacaq.

Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədli oğlanların, Yağmur Məmmədli, Mehin Mirzəbalayeva və Yasəmən Həbibova qızların yarışında mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirlər U-17, U-15, U-13 və U-11 yaş dərəcələri üzrə keçiriləcək.