Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

08 Mart 2026

Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu il ilk Qədr gecəsi ramazan ayının 18-dən 19-na, yəni martın 8-dən 9-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Xatırladaq ki, ramazan ayı Azərbaycanda fevralın 19-da başlayıb. Şəvval ayının 1-i, yəni martın 20-də Ramazan (Fitr) bayramı olacaq.