Azərbaycanda ən çox minatəmizləmə aparılan ərazilər açıqlanıb

Azərbaycanda ən çox minatəmizləmə aparılan ərazilər açıqlanıb

30 Mart 2026

Keçən il Azərbaycanda minatəmizləmə əməliyyatı ən çox Cəbrayılda (9110,4 hektar) icra olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.

Hesabata əsasən, 2025-ci ildə həyata keçirilmiş minatəmizləmə əməliyyatlarının 8718,6 hektarı Laçın, 8526,2-si Füzuli, 8203,6-sı Xocavənd, 7893,3-ü Ağdərə, 7672,1-i Ağdam, 4995,7-si Xocalı 4063,4-ü Zəngilan, 3514,8-si Qubadlı, 3008,2-si Kəlbəcər, 856,3-ü Şuşa rayonlarının, 360,8-i Xankəndi şəhərinin, 12,8-i Tərtər, 2269,5-i isə digər rayonların ərazisində icra edilib.