FHN Babək rayon Mərkəzi Xəstəxanasında təlim keçirib - FOTO
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin, Mülki müdafiə alayının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyətinin və Babək rayon Mərkəzi Xəstəxanasının həkim briqadaları, mülki müdafiə qüvvələrinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd tibb müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlimin nəzəri hissəsində müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıb, habelə obyektin təxliyə planına uyğun olaraq müəssisənin müvafiq personalı ilə əlaqəli şəkildə insanların təhlükəsiz yerə təxliyəsini həyata keçirib, şərti xəsarət alan şəxslərə “ilkin yardım göstəriblər”.
Təlim uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.