İlham Əliyev: Hazırda Azərbaycanda fəaliyyət göstərən enerji şirkətlərində çalışan işçilərin 5 %-i xarici vətəndaşlardır

İlham Əliyev: Hazırda Azərbaycanda fəaliyyət göstərən enerji şirkətlərində çalışan işçilərin 5 %-i xarici vətəndaşlardır

26 Sentyabr 2026

Hazırda Azərbaycanda fəaliyyət göstərən enerji şirkətlərində çalışan işçilərin 5 %-i xarici vətəndaşlardır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məluma verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycanın bir çox vətəndaşları indi qlobal səviyyədə müxtəlif şirkətlərdə işləyirlər:

"Biz də bu səbəbdən çox sevinirik ki, bizim nümayəndələrimiz belə mötəbər mövqelərdədirlər. Buna görə də təhsil, təlim, potensial artırılması olduqca önəmlidir. Nəzərə alsaq ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır, təhsil istiqamətində bir çox işlər görülüb. Mən ilk dəfə prezident seçiləndən sonra, 2003-cü ildə dərhal təhsil proqramı qəbul etdik. O vaxtdan bəri 10 minlərlə tələbə xaricdə təhsil alıb. Onların əksəriyyəti Azərbaycana qayıtdı. Bu potensialın artırılmasıdır ki, bunu pulnan almaq mümkün deyil. Texnologiyanı almaq olar, bunu edirik. Bizdə çox iri maliyyə resurslarımız var. İstənilən texnologiyanı ala bilərik. Təbii ki, məxfi texnologiyadan başqa. Təcrübə də çox önəmlidir. Neft-qaz sahəsində böyük təcrübəmiz də mövcuddur. 1994-cu ildə ilk Pay Bölgüsü sazişi bağlandıqda enerji şirkətlərinin işçilərinin 90 %-dən çoxu xarici vətəndaşlar idi. İndi isə xarici vətəndaşların nisbəti 5 %-dir".