Kəngərli rayonunun yaranmasından 22 il ötür
Kəngərli rayonu 22 il əvvəl – 2004-cü il martın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalaması ilə yaradılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qanuna əsasən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar, Yurdçu, Xok, Qıvraq, Şahtaxtı, Qabıllı və Yeni Kərki, Babək rayonunun isə Böyükdüz, Çalxanqala, Xıncab kənd inzibati ərazi dairələrini əhatə edən ərazilər yeni yaradılmış rayona daxil edilib. Qanunun digər bəndinə görə Qıvraq kəndinə qəsəbə statusu verilərək rayon mərkəzinə çevrilib.
Kəngərlilərin tarixini qiymətləndirən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gerçəkləşdirib. 2004-cü ildə Kəngərli rayonunun yaradılması bunun ən bariz nümunəsidir.
Bu gün qürurla deyə bilərik ki, Kəngərli rayonunun abadlaşmayan bir kəndi belə, qalmayıb. Yeni tikililər qədim Kəngərliyə yeni görkəm gətirib. Böyük dövlət qayğısı bu rayonu abad və füsunkar bir yurd yerinə çevirib.








