Mikayıl Cabbarov Məhəmməd Həssən Əl Suveydi ilə görüşüb
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Birgə İnvestisiya Fondu xətti ilə prioritet sahələrə sərmayə qoyuluşunu müzakirə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-nin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi ilə görüşündə aparılıb.
Görüşdə vurğulanıb ki, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ münasibətləri yüksələn xətlə inkişaf edir, iqtisadi-ticarət tərəfdaşlığı genişlənir. Ölkələr arasında ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində əməkdaşlığının gücləndirilməsi potensialı böyükdür.
Qeyd edək ki, 2023-cü ildə BƏƏ ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradılıb.