
Möminə Xatun türbəsinin bərpası istiqamətində işlərə başlanıldı - FOTO
Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” Şirkəti arasında imzalanmış müqaviləyə əsasən 05 avqust 2025 ci il tarixdə şirkətin işçi qrupu Naxçıvana gəlib.
Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastruktrun qurulması işlərinə başlanılıb.Abidənin tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.
Qeyd edək ki, Prezident cənab İlham Əliyev may ayının 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.