Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib -

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib - FOTO, VİDEO

19 Yanvar 2026

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə nazirlikdən məlumat verilib.

Bildirilib ki, 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşların xatirəsi hörmət və ehtiramla yad olunub.