Naxçıvan Hərbi Kolleci: Milli dəyərlərə söykənən fəaliyyətiniz təqdirəlayiqdir

Naxçıvan Hərbi Kolleci: Milli dəyərlərə söykənən fəaliyyətiniz təqdirəlayiqdir

03 İyun 2025

“NAXÇIVANXƏBƏRLƏRİ” informasiya portalının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə kollektivimizə təbrik məktubları gəlməkdədir. 

Kollecin rəisi polkovnik-leytenant Yaşar Hüseynovun imzası ilə göndərilən məktubda portalın informasiya məkanında tutduğu mövqe, peşəkarlıq prinsipləri və vətənpərvər media mühiti formalaşdırması yüksək qiymətləndirilib.

Məktubda deyilir:

“NAXÇIVANXƏBƏRLƏRİ" təkcə yerli xəbər platforması olmaqla kifayətlənməyib, həm də milli informasiya təhlükəsizliyinə və vətəndaşların operativ, etibarlı məlumat əldə etməsinə mühüm töhfə vermişdir.”

Polkovnik-leytenant Yaşar Hüseynov, həmçinin, portal tərəfindən yayımlanan xəbərlərin dəqiqliyinin, qərəzsizliyinin və ictimai maraqlara söykənməsinin müasir informasiya tələblərinə uyğunluğunu vurğulayaraq, əməkdaşların fədakar əməyini yüksək qiymətləndirib.

Sonda qeyd olunur ki, “NAXÇIVANXƏBƏRLƏRİ” portalı bundan sonra da öz fəaliyyətini inkişaf etdirəcək, media ənənələrinə sadiqliyini davam etdirəcək.