Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıb - FOTO
Türkiyənin İğdır şəhərində beynəlxalq muay tay çempionatı keçirilib. Yarışa Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 60 idmançı qatılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, ölkəmizi yarışda məşqçi Namiq Musayevin rəhbərliyi ilə Naxçıvan Kikboksinq Federasiyasının 7 idmançısı təmsil edib. Təmsilçilərimizdən 4-ü qızıl, 3-ü isə gümüş medalçı kimi mükafatçılar sırasına düşüb.
Amin Nəcəfov, Uğur Məmmədli, Hüseyn Həsənov və Ramazan Babayev müvafiq yaş və çəki kateqoriyalarında birinci olublar. Tural Səfərli, Yusif Məmmədov və Şahin Qəribov ikinci yerə layiq görülüblər.