“Naxçıvan Rezidens” layihəsi ölkə üzrə ən yaxşı memarlıq layihələri sırasında yer aldı - FOTO
Fevralın 27-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ötən ilin ən yaxşı memarlıq layihələrinin mükafatlandırılması keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində “Naxçıvan Rezidens” yaşayış binaları layihəsi “Yaşayış komplekslərinin memarlığı” nominasiyası üzrə II dərəcəli diploma Chapman Taylor LLP şirkəti layiq görülüb.
Mükafat Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov tərəfindən Chapman Taylor LLP şirkətinin nümayəndəsi Marcelina Zielinskaya təqdim olunub.










