Naxçıvan Təlim Mərkəzində SMM təlimi başa çatdı -

Naxçıvan Təlim Mərkəzində SMM təlimi başa çatdı - FOTO

25 İyun 2025

Naxçıvan Təlim Mərkəzi tərəfindən təşkil olunan və sosial media menecmenti sahəsində nəzəri və praktiki biliklərin aşılandığı SMM təlimi uğurla başa çatdı. Təlimin son günündə iştirakçılar sosial media sahəsində ən son tendensiyalarla tanış oldular. Xüsusilə süni intellekt alətlərinin rəqəmsal marketinqdə və kontent istehsalında artan rolu barədə müzakirələr aparıldı.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlim proqramı çərçivəsində ümumi sertifikasiya imtahanı təşkil olundu. Yekun imtahanda yüksək nəticə göstərən iştirakçılar uğur sertifikatı ilə təltif olunacaq.

Xatırladaq ki, təlimi beynəlxalq dərəcəli rəqəmsal marketinq mütəxəssisi Aslan Səfərov aparıb. SMM təliminə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 13 dövlət qurumundan ümumilikdə 46 əməkdaş cəlb olunub.

Naxçıvan Təlim Mərkəzi rəqəmsal bacarıqların inkişafı istiqamətində təlimlərini davam etdirəcək.