Naxçıvanda bəyan edilməyən meyvə-tərəvəz yükü aşkar edilib

Naxçıvanda bəyan edilməyən meyvə-tərəvəz yükü aşkar edilib

04 Aprel 2025

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikası ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana meyvə-tərəvəz yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Naxçıvan Karqo Terminal” gömrük postunda baxış keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, stasionar rentgen qurğusunun təsvirlərində uyğunsuzluq qeydə alındığından avtomobil əsaslı yoxlamaya cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsindən 4390 kq alma yükünün İran İslam Respublikası ərazisində boşaldıldığı və yerinə 3600 kq portağal, 630 kq xiyar və 160 kq qarpızın yükləndiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.