
Naxçıvanda Beynəlxalq Gənclər Günü münasibətilə silsilə tədbirlərə start verildi - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və idman Nazirliyi 12 Avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı hazırladığı tədbirlər planının icrasına başlayıb. İlk tədbir gənclərin intellektual inkişafına xidmət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Nazirliyin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birgə təşkilatçılığı əsasında gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan tədbirdə 7 komanda iştirak edib. İki turdan ibarət yarışmada ümumilikdə 26 sual səsləndirilib və hər düzgün cavab 1 xalla qiymətləndirilib.
Yekun nəticələrə əsasən, "Paradoks" komandası yarışmanın qalibi olub. Qalib komandanın üzvləri diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.