Naxçıvanda dağlıq ərazilərdə çöl heyvanları üçün biotexniki tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dağlıq ərazilərdə çöl heyvanlarının qidaya olan təlabatının qismən ödənilməsi məqsədilə biotexniki tədbir keçirilib
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda qalın qar örtüyünün müşahidə olunduğu ərazilərə 30 kip qaba yem və 150 kiloqram daşduz, eyni zamanda yırtıcı heyvanlar üçün 80 kiloqram ət yerləşdirilib.
Nazirlik tərəfindən fauna və floranın mühafizəsi və artırılması məqsədilə biotexniki tədbirlər davam etdiriləcəkdir.











