Naxçıvanda istehsal və xidmət sahələrinin inkişafı üzrə nəticələr açıqlanıb

Naxçıvanda istehsal və xidmət sahələrinin inkişafı üzrə nəticələr açıqlanıb

04 Avqust 2025

Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də yeni iş yerlərinin açılması istiqamətində işlər bu il də davam etdirilir. 

"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin rəsmi sosial şəbəkə hesablarında paylaşılan məlumata istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində ümumilikdə 73 layihə yekunlaşıb, 82 layihə üzrə isə işlər davam etdirilir.

Yekunlaşan layihələrdən 35-i yeni sahələrin yaradılması, 38-i isə mövcud sahələrin genişləndirilməsi məqsədi daşıyıb. Hazırda icrası davam edən 82 layihədən 44-ü yeni obyektlərin yaradılmasına, 38-i isə genişləndirməyə yönəlib.