Sertifikatlaşdırmanın müsahibə mərhələsinin tarixi açıqlanıb
Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin tarix və məkanı açıqlanıb
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Müəllimlər müsahibə ilə bağlı məlumatları portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsindən əldə edə bilərlər.
Qeyd edək ki, test imtahanında keçid balını toplayan müəllimlərin əməkhaqqına 10 faiz, 51 və daha yüksək bal toplayanların əməkhaqqına isə 35 faiz əlavə tətbiq olunacaq. Sözügedən əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına şamil ediləcək.








