Naxçıvanda musiqi və incəsənət məktəblərinə işə qəbul üzrə müsahibə mərhələsinə qeydiyyat başlayıb

Naxçıvanda musiqi və incəsənət məktəblərinə işə qəbul üzrə müsahibə mərhələsinə qeydiyyat başlayıb

12 Sentyabr 2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə işə qəbul müsabiqəsinin test mərhələsindən uğurla keçmiş namizədlər üçün müsahibə mərhələsinə qeydiyyat başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeydiyyat 11 sentyabr 2026-cı il tarixindən 25 sentyabr 2026-cı il saat 23:59-dək Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Müsahibələrin 2026-cı ilin oktyabr ayından etibarən keçirilməsi nəzərdə tutulur.

İşə qəbul qaydaları və vakansiyalar ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytından, qeydiyyat qaydaları, müsahibə proqramları və müsahibə mərhələsi ilə bağlı digər ətraflı məlumatla Dövlət İmtahan Mərkəzinin elanından tanış olmaq mümkündür.

Müəllim vəzifələri üzrə Naxçıvan Muxtar Respublikası üzrə vakant olan ixtisasların siyahısı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

Ətraflı: https://nculture.gov.az/storage/pdf/allpdf/T%C9%99hsil%20m%C3%BC%C9%99ssis%C9%99l%C9%99ri%20vakant%20yerl%C9%99r.pdf