2026-cı ildə dövlət sifarişi ilə hansı filmlər çəkiləcək?

2026-cı ildə dövlət sifarişi ilə hansı filmlər çəkiləcək?

28 Noyabr 2026

Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, filmlər Azərbaycan irsinə səyahət silsiləsinin başlanğıcıdır.

Layihə çərçivəsində "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi, "İşquz dövləti" bədii-sənədli filmi və "Memar Əcəmi: Daşlara yazılan tale" bədii-sənədli filmi ərsəyə gətirilib.