Naxçıvanda kəlbəcərli məktəb direktoru avtoqəzada ölüb

Naxçıvanda kəlbəcərli məktəb direktoru avtoqəzada ölüb

03 İyul 2025

Naxçıvan Muxtar Respublikasında məktəb direktorunun faciəli şəkildə vəfat etməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, səhər saatlarında ot sahəsinə gedən Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin vurması nəticəsində ağır xəsarət alıb.

Qəza nəticəsində dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılan A.Yusibovun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, Adim Yusibov 2013-cü ildən Nürgüt kəndində yaşayırdı və Ordubad rayonunun Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.