Naxçıvanda “Konstitusiya və Suverenlik: Milli Qurtuluşdan Zəfərə” adlı konfrans keçirilib - FOTO
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: Milli Qurtuluşdan Zəfərə” mövzusunda konfrans keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini yad ediblər. Konfransda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva, Şəhər Prokuroru Qalib İsmayılov və digər çıxışçılar “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən, hüquqi dövlət prinsiplərinin möhkəmlənməsindən və Azərbaycanın suverenliyinin bərpasından danışıblar.
Tədbir çərçivəsində “Hüquqi dövlətin təməli – Konstitusiya və milli suverenlik” və “Zəfərdən suverenliyə – dövlətçilik, gənclik və milli ideya” mövzularında iki panel müzakirə keçirilib. Konfransın bədii hissəsində musiqi və rəqs nömrələri təqdim olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
















