Naxçıvanda Müstəqilliyin Bərpası Gününə həsr olunan konsert proqramı keçirilib

Naxçıvanda Müstəqilliyin Bərpası Gününə həsr olunan konsert proqramı keçirilib

17 Oktyabr 2025

Naxçıvan Dövlət Milli Dram Teatrında  keçirilən konsert orkestrin dirijoru və bədii rəhbəri, Prezident mükafatçısı Hakim Məmmədovun rəhbərliyi ilə təqdim olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Xalq Çalğı Alətləri orkestrinin müşaiyətilə Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri- Ruhiyyə Hüseynova, Zülfiqar Mahmudov, Prezident mükafatçıları İlkin Abdullayev, Nərmin Hüseynovla yanaşı Bəhruz Quliyev, Emin Hüseynovun ifalarında “Adın şöhrət şan yerimiz”, “Ana torpaq”, “Qarabağ”, “Azərbaycan”, “Nə Gözəldir Azərbaycan”, “Xarı bülbül” və digər musiqi nömrələri təqdim olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.