
Naxçıvanda sənaye istehsalı 9 %-dən çox azalıb
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 114 milyon 128 min 600 manatlıq sənaye məhsulu istehsal edilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 9,2 % azdır.
Sənaye məhsulunun 89 milyon 165 min 800 manatı və ya 78,1 %-i malların, 24 milyon 962 min 800 manatı və ya 21,9 %-i isə xidmətlərin payına düşüb.
Bildirilib ki, sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 74,6 %-i emal, 23 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.