Naxçıvanda vergi ödəyicilərinin sayı 7,2% artıb
2026-cı ilin iyun ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55.678 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz, hüquqi şəxslərin sayı isə 4,3 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1.883 olub. 2026-cı ildə kommersiya qurumlarının 85,6 faizi elektron qaydada, 14,4 faizi kağız daşıyıcısı vasitəsilə qeydiyyata alınıb.








