Naxçıvanda vergi orqanlarında müraciətlərin 95,2 faizi həll olunub

Naxçıvanda vergi orqanlarında müraciətlərin 95,2 faizi həll olunub

17 Aprel 2025

2025-ci ilin yanvar-mart aylarında Naxçıvanda vergi orqanlarına ümumilikdə 393 müraciət daxil olub. Müraciətlərin 88 faizini ərizələr, 12 faizini şikayətlər təşkil edib. Onların 95,7 faizinin baxılması dövr ərzində başa çatdırılıb, 4,3 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,2 faizi həll olunub, 3,7 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, rüb ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 87 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.