Naxçıvanda yağıntılı və küləkli hava şəraiti gözlənilir

Naxçıvanda yağıntılı və küləkli hava şəraiti gözlənilir

20 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikası ərazisində oktyabrın  21-dən 23-dək hava şəraitinin dəyişəcəyi proqnozlaşdırılır. Dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı ərazilərdə yağıntıların intensiv olacağı ehtimal edilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qərb küləyinin əsəcəyi, bəzi yerlərdə küləyin sürətinin arabir 15–18 m/s-dək güclənəcəyi bildirilir.

Sinoptiklərin məlumatına görə, havanın temperaturu gündüz 19–24°, gecə isə 6–11° isti olacaq.