Naxçıvanda yanvarın son gününə olan hava proqnozu

Naxçıvanda yanvarın son gününə olan hava proqnozu

31 Yanvar 2025

Naxçıvan Muxtar Respublikasında yanvarın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağnursuz keçəcəyi və bəzi dağlıq ərazilərdə duman olacağı ehtimal olunur. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı gözlənilir. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz isə 4+9° isti olacağı proqnozlaşdırılır.