Naxçıvanda yeni yarımstansiya və idarəetmə mərkəzi tikiləcək
Naxçıvan şəhərinin enerji infrastrukturunun gücləndirilməsi istiqamətində növbəti mühüm layihəyə start verilir. Belə ki, "Koroğlu" yarımstansiyasının yerində yeni 110/35/10 kV-luq, 2x40 MVA gücündə müasir yarımstansiya və idarəetmə mərkəzinin tikintisi planlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalamalarının həyata keçirildiyi vahid internet portalına istinadla xəbər verir.
Məlumata görə, layihə üzrə satınalma müsabiqəsi Azərişıq ASC tərəfindən elan olunub.
Layihənin həyata keçirilməsi Naxçıvan şəhərində elektrik enerjisinin etibarlı və fasiləsiz təchizatının təmin edilməsinə, şəbəkənin ötürmə imkanlarının artırılmasına, həmçinin gələcək enerji tələbatının qarşılanmasına xidmət edəcək.
Yeni yarımstansiyanın müasir texnologiyalar əsasında qurulması idarəetmə və monitorinq imkanlarını da genişləndirəcək.








