Naxçıvandan mədəniyyət işçisi beynəlxalq elmi simpoziumda iştirak edib -

Naxçıvandan mədəniyyət işçisi beynəlxalq elmi simpoziumda iştirak edib - FOTO

26 Dekabr 2025

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Beykoz Universitetində “Türkiyə–Azərbaycan Geostratejisi” mövzusunda beynəlxalq elmi simpozium təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasından mədəniyyət işçisi Fərid Əkbərli iştirak edərək çıxış edib. Çıxışında o, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Türk Dünyası üçün milli birlik və ortaq dəyərlər baxımından əhəmiyyətini vurğulayıb.

Fərid Əkbərli bildirib ki, Azərbaycan–Türkiyə münasibətləri “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan strateji əməkdaşlıq modelidir və bu münasibətlər mədəniyyət sahəsində də uğurla inkişaf edir. O, xüsusilə Naxçıvan Muxtar Respublikasında son illərdə mədəniyyət sahəsində həyata keçirilən islahatları, tarixi abidələrin bərpasını və mədəni mühitin canlandırılmasını diqqətə çatdırıb.

Çıxış zamanı Naxçıvandan Türkiyəyə teatr tamaşalarının, musiqi kollektivlərinin və orkestr proqramlarının təqdim olunmasının iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.