Naxçıvanın Baş naziri yeni qərar imzaladı

Naxçıvanın Baş naziri yeni qərar imzaladı

09 İyun 2026

“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitlərinin Naxçıvan Muxtar Respublikasında xərclənməsi qaydalarında dəyişiklik edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, fondun hesabında ilin sonuna qalan, istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək.

Daha əvvəl isə fondun hesabında ilin sonuna qalan vəsait növbəti ildə onun gəlirlərinə daxil edilirdi.