Naxçıvanın xarici ticarətində müsbət dinamika müşahidə olunur

Naxçıvanın xarici ticarətində müsbət dinamika müşahidə olunur

08 Sentyabr 2025

Muxtar respublikanın xarici ticarət göstəricilərində müsbət meyllər qeydə alınıb. İxracın artımı əsasən mövsümlə əlaqəli yerli istehsalın çoxalması və ərsəyə gələn kənd təsərrüfatı məhsullarının ixrac potensialının formalaşdırılması ilə bağlıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, idxalın azalması isə muxtar respublikaya gətirilən məhsullarda xarici bazarın payının aşağı düşməsi və mal tədarükündə üstünlüyün ölkənin əsas hissəsinə yönəldilməsi ilə izah olunur.

Cari dövr üzrə xarici ticarət dövriyyəsinin 45,1 faizi Türkiyə, 12,9 faizi İran, 8,6 faizi Rusiya, 5,9 faizi Koreya, 5,4 faizi Braziliya, 5,3 faizi Gürcüstan, 4,6 faizi Çin, 2,6 faizi Ukrayna, 9,6 faizi isə digər ölkələrlə aparılan ticarət əməliyyatlarının payına düşüb.