
Naxçıvanlı cüdoçu ACF Kubokunun mükafatçısı olub
İyulun 19-da U-14 yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 29 klub və idman cəmiyyətindən olan 160 cüdoçu (135 oğlan, 25 qız) ümumilikdə 15 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
Naxçıvan Uşaq Gənclər-İdman Məktəbindən İsmayıl Şükürlü yarışda uğurlu nəticəyə nail olub. İdmançı 55 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Xatırladaq ki, İsmayıl Şükürlü iyul ayında cüdo üzrə U-14 ölkə liqasında ikinci olmuşdu.