Nəqliyyat vasitələrinin duracaq və qarajları haqqında əsasnamə dəyişib

Nəqliyyat vasitələrinin duracaq və qarajları haqqında əsasnamə dəyişib

06 Oktyabr 2026

Nazirlər Kabineti 6 aprel 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq edir.