Ordubadda avtomobilin vurduğu 16 yaşlı qız xəstəxanada ölüb

Ordubadda avtomobilin vurduğu 16 yaşlı qız xəstəxanada ölüb

03 Sentyabr 2025

Ordubad rayonunda avtomobilin vurduğu 16 yaşlı qız xəstəxanada ölüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ordubad rayonunun Aza kənd ərazisində sentyabrın 2-də axşam saatlarında qeydə alınan hadisə nəticəsində yolu keçmək istəyərkən xəsarət alan 2009-cu il təvəllüdlü Aza kənd sakini Seyidzadə Fatimə Qasım qızı müalicə aldığı xəstəxanada həyatını itirib. 

Qeyd edək ki, 67-BL-015 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin vurduğu F.Seyidzadə vəziyyəti ağır olduğu üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilmişdi. 

Faktla bağlı araşdırma aparılır.